Geri qayıt Çap et

Neftçalada ürəkdağlayan hadisə: 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Neftçala rayonunda 3 yaşlı uşaq faciəvi yol qəzasında həyatını itirib.

Hadisə rayonun Pirətəvanə kəndində baş verib.

Məlumata görə, Həsənabad qəsəbəsinin sakini olan 3 yaşlı uşaq velosipedlə hərəkət edərkən traktorun qoşqusunun altında qalıb.

Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az