Geri qayıt Çap et

İdarəetməni itirdi, avtomobil aşdı – Cəbrayılda ölümcül qəza

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az Oxu.az-a istinadla xəbər verir ki, Elşən Rüstəmov idarə etdiyi KIA markalı avtomobilin sükanı arxasında idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına çıxaraq aşıb.

E.Rüstəmov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.