Geri qayıt Çap et

Parisdə qarətçilər 80 yaşlı cütlüyün geyimlərini belə əlindən aldılar

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı 80 yaşdan yuxarı ər-arvad qarətə məruz qalıb. Hücum edən şəxslər yaşlı cütlüyün qiymətli əşyalarını və geyimlərini əllərindən alaraq onları küçədə alt paltarında qoyublar.

Bu barədə Entrevue jurnalı məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 17-də etiraz aksiyalarının keçirildiyi Respublika meydanı yaxınlığında baş verib.

Nəşrin məlumatına görə, etirazçılar yaşlı kişi və qadının zinət əşyalarını, şəxsi əşyalarını və geyimlərinin bir hissəsini zorla əllərindən alıblar.

Nəticədə cütlük küçənin ortasında demək olar ki, yarıçılpaq vəziyyətdə qalıb.

Hadisədən sonra zərərçəkənlərə lazımi yardım göstərilib.

Denmedia.az