Geri qayıt Çap et

Kürdəmirdə faciəli səhər: Qatar 50 yaşlı kişini vurub öldürdü

Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb.

Hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, rayonun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyev səhər saatlarında dəmir yolu xəttini keçərkən qatarın vurması nəticəsində həyatını itirib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda faciənin başvermə səbəbləri araşdırılır.

Denmedia.az