Bakıda vahid məktəbli forması qaydalarının tətbiqi ilə bağlı baş verən hadisələr nəticəsində 37 nəfər həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bir qrup şəxs məktəblərdə müəyyən edilmiş geyim qaydalarının tətbiqi ilə əlaqədar təhsil işçiləri ilə münaqişə yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, həmçinin ictimai asayişin pozulmasına, nəqliyyatın hərəkətinə və məktəblərin normal fəaliyyətinə mane olmağa yönələn hərəkətlərə cəhd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə – ilə cinayət işi başlanıb.
37 nəfər həbs edilib.
DİN bildirib ki, görülən tədbirlərin məqsədi ictimai asayişin qorunması, məktəblərin normal fəaliyyətinin təmin edilməsi, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyinin qorunmasıdır.
Nazirlik qanunazidd hərəkətlərin qarşısının bundan sonra da alınacağını və belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.