Geri qayıt Çap et

Səhər saatlarında faciə: “Mercedes” 71 yaşlı piyadanı vurdu

Bərdədə 71 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin S.Vurğun küçəsində qeydə alınıb.

Məlumata görə, səhər saat 06:30 radələrində Nizami Bərxudar oğlu Cəfərov idarə etdiyi “Mercedes-Benz C220 CDI” markalı avtomobillə 71 yaşlı Əsli Yaqub qızı Muradovanı vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Denmedia.az