Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə oktyabrın 11-i axşam saatlarında Balakən şəhərinin Rafiq Səmədov küçəsində qeydə alınıb.
Məlumata görə, minik avtomobili yol kənarında marşrut avtobusu gözləyən Talalar kənd sakini Xədicə Mustafayevanı vurub.
Ağır bədən xəsarətləri alan qadın hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.