Şirvanda 19 yaşlı qadın beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb.
Hadisə Şirvan şəhərində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Məlumata görə, Fatma adlı 19 yaşlı qadın binanın 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.