Geri qayıt Çap et

Yaşma bağlarında faciəli ölüm – 32 yaşlı kişi hamamda dəm qazından zəhərləndi

Sumqayıtda 32 yaşlı kişi dəm qazından zəhərlənərək həyatını itirib.

Bədbəxt hadisə şəhərin Yaşma bağları yaşayış massivində yerləşən fərdi evdə baş verib.

Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Məcdunov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Kişi zəhərlənmə nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Denmedia.az