Geri qayıt Çap et

52 yaşlı kişi pilləkəndən yıxılaraq həyatını itirdi

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşayış binasının pilləkənləri ilə aşağı enərkən qıcolma tutması nəticəsində huşunu itirib və yıxılıb.

Kişi aldığı kəllə-beyin travması nəticəsində həyatını itirib.

Denmedia.az