Geri qayıt Çap et

Masazırda gecə yarısı alovlar yüksəldi – 4 avtomobil yandı

Dünən axşam saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil yanıb.

Yanğın “Yeni Bakı” yaşayış kompleksinin həyətində qeydə alınıb.

İlkin məlumata görə, həyətdə park edilmiş avtomobillərdən biri alovlanıb. Daha sonra alov yaxınlıqdakı digər avtomobillərə keçib.

Nəticədə 3 avtomobil tamamilə yanıb, daha bir avtomobil isə qismən yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub və alov söndürülüb.

Yanğının başvermə səbəbi araşdırılır.

Denmedia.az