Geri qayıt Çap et

Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 24-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti tapılıb.

Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.