Geri qayıt Çap et

Bakıda “Soloha” restoranında yanğın baş verdi - VİDEO

Bakının Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində yerləşən Ukrayna mətbəxinin “Soloha” restoranında yanğın baş verib. Restoran doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir.

Denmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində obyektin 60 kvadratmetr sahədə zal hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.