Geri qayıt Çap et

O gəlinə qəhrəman adı vermək lazımdı: Ağdaşda baş verən güçlü yanğının TƏFƏRRÜATI-VİDEO

Ağdaş rayonunun Güvəkənd kəndində fərdi yaşayış evində yanğın baş verib.

Denemdia.az xəbər verir ki, hadisə 56 yaşlı Baxışov Zülfüqar Zilhar oğluna məxsus evdə qeydə alınıb. Yanğın zamanı evdə olan 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 169 kvadratmetr olan 5 otaqlı fərdi yaşayış evinin 127 kvadratmetrlik hissəsi yanıb.

Hadisə zamanı ev sahibinin 27 yaşlı gəlini Baxışova Şərifəxanım Maksud qızı və onun iki azyaşlı övladı — 4 yaşlı Baxışov Murad Şahmurad oğlu və 2 yaşlı Baxışov Zülfüqar Şahmurad oğlu üz və bədən nahiyələrindən yanıq xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Yanğının başvermə səbəbi araşdırılır.

Əlibala Əsgərov

Denmedia.az