Geri qayıt Çap et

Xırdalanda gənc qız binadan yıxılaraq ölüb-Hadisə yerindən GÖRÜNTÜLƏR-FOTO/VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində gənc qız binadan yıxılaraq həyatını itirib.

Denmedia.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən yaşayış binalarından birində baş verib.

İlkin məlumata görə, gənc qız binadan yerə düşüb. Hadisə nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir. Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.

Nizami Rəsulov

Denmedia.az