Geri qayıt Çap et

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Denmedia.az xəbər verir ki, Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında itkin düşüb. Bir neçə gün əvvəl isə Zaurun öldüyü təsdiqlənib.

Qeyd olunur ki, Zaur Həbibov 2014-cü ildə Ukrayna ordusunun apardığı Antiterror əməliyyatlarında iştirak edib. 2022-ci ildən isə genişmiqyaslı müharibə başlayandan sonra yenidən hərbi xidmətə qayıdaraq döyüşüb.