Geri qayıt Çap et

Avstraliyada avtomobil izdihama çırpıldı: 9 yaralı

Avstraliyanın Nyukasl şəhərində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 9 nəfər xəsarət alıb. Yaralılar arasında bir uşaq da var.

9News portalının məlumatına görə, xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

İki nəfərin, o cümlədən azyaşlının vəziyyəti kritik qiymətləndirilir.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Denmedia.az