Geri qayıt Çap et

Sabir qəsəbəsində ölümcül qəza: 56 yaşlı qadın həyatını itirdi

Şamaxının Sabir qəsəbəsində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az xəbər verir ki, A. Bəkirovanın idarə etdiyi “Kia” markalı avtomobil yolu keçən 56 yaşlı Elmira Əliyevanı vurub.

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.