Geri qayıt Çap et

Veyisli–Rəhimli yolunda faciə: yeniyetmə hadisə yerində öldü

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisindən keçən Veyisli–Rəhimli avtomobil yolunda qeydə alınıb.

Denmedia.az xəbər verir ki, rayon sakini, 2004-cü il təvəllüdlü İ.Həmidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əliağa Əsgərovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.