Geri qayıt Çap et

50 əcnəbi Gürcüstandan çıxarıldı – azərbaycanlılar da siyahıdadır

Gürcüstandan daha 50 qanunsuz miqrant deportasiya edilib.

Ölkədən çıxarılan şəxslər arasında Azərbaycan, Nigeriya, Əfqanıstan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları var.

Gürcüstandan deportasiya edilən əcnəbilərin 2 ildən 5 ilədək ölkəyə girişinə qadağa qoyulur.

Bununla belə, ölkəni könüllü şəkildə tərk edən şəxslərə bu məhdudiyyət tətbiq edilmir.

Denmedia.az