Geri qayıt Çap et

Bakı metrosunda təhlükəli anlar: Kişi qatar yoluna tullandı

Bakı metrosunda kişi sərnişin qatar yoluna tullanıb.

Hadisə sentyabrın 25-də saat 17:53-də metronun “Memar Əcəmi” – “20 Yanvar” stansiyaları arasındakı mənzildə qeydə alınıb.

Bu barədə Denmedia.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra təhlükəsizlik məqsədilə təmas relsindən elektrik gərginliyi çıxarılıb.

“Sərnişin təlimata uyğun olaraq qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib. Saat 18:06-da, yəni hadisədən 13 dəqiqə sonra elektrik gərginliyi bərpa olunub”, – deyə məlumatda qeyd edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bakı Metropolitenindən bildirilib ki, Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hər hansı yubanma müşahidə olunmur.