Geri qayıt Çap et

“VAZ-2107” piyadanı vurdu – Qadın xəstəxanada həyatını itirdi

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az xəbər verir ki, Vəliyev Vidadi Rəhim oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil piyada Qasımova Almaz Adil qızını vurub.

Qəza nəticəsində ağır xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.