Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı 90 RP 699 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən kişini vurub.
Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisədə dünyasını dəyişən şəxsin MN-nin hərbi qulluqşusu olduğu bildirilir. Şahidlərin verdiyi məlumata görə, işdən çıxan hərbiçi yol kənarında axşam yeməyi yedikdən sonra geri qayıdıb və nəticədə faciəvi hadisə baş verib. Qəzaya əsas səbəb kimi isə, yolun qaranlıq olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az