Geri qayıt Çap et

Sumqayıtda BYD yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.

"Denmedia.az"  xəbər verir ki, hadisə Koroğlu prospektində baş verib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Nizami Rəsulov

Denmedia.az