Geri qayıt Çap et

Salyanda iki avtomobil toqquşdu: Ana və iki körpəsi xəsarət aldı

Salyan rayonunun Xələc kəndində ana və iki azyaşlı övladı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Denmedia.az xəbər verir ki, hadisə Salyan–Şirvan avtomobil yolunda baş verib.

İki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Vəfa Maksim qızı Şahbazova, onun 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.