Geri qayıt Çap et

Sumqayıtda zəncirvari qəza – 6 avtomobil bir-birinə çırpıldı

Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan 6 avtomobil bir-biri ilə toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.