Geri qayıt Çap et

Cəlilabadda 73 yaşlı qadın su quyusuna düşərək həyatını itirdi

Cəlilabadda 73 yaşlı qadın su quyusuna düşərək həyatını itirib.

Denmedia.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Məlumata görə, 1953-cü il təvəllüdlü Məleykə Məmmədova yaşadığı evin həyətindəki su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.