Geri qayıt Çap et

Göygöldə ağır qəza: “Chevrolet” yoldan çıxaraq aşdı

Göygöldə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadla xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

Bildirilib ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıblar.

Yaralıların hər üçü xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.