Geri qayıt Çap et

Los-Ancelesdə helikopter binaların arasına düşdü – 3 nəfər həyatını itirdi

Los-Ancelesdə xəbər helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

CBS-in məlumatına görə, hadisə sentyabrın 15-i axşam saatlarında San-Fernando vadisində baş verib. CBS Los Angeles də helikopterin Çatsvort ərazisində qəzaya uğradığını təsdiqləyib.

Los-Anceles Yanğınsöndürmə Departamentinin məlumatına görə, helikopter North Mason Avenue-də, 9100-cü məhəllənin yaxınlığında iki kommersiya binasının arasına düşüb.

Qəzadan sonra helikopter iki yük konteynerinin və ərazidə park edilmiş bir neçə avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində helikopterdə olan üç nəfərin həyatını itirdiyi bildirilir. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib və araşdırma davam edir.

Denmedia.az