Geri qayıt Çap et

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıya 4 il həbs verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rusiya-Ukrayna müharibəsində iştirak etdiyinə görə Fuad Rəfibəylini 4 il müddətinə azadlıqdan məhrum edib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, ittihama əsasən, Rəfibəyli 2023-cü ildə Rusiyaya gedib, bir müddət sonra isə Rusiya-Ukrayna müharibəsində iştirak etmək niyyəti ilə olduğu ərazi üzrə hərbi komissarlığa müraciət edərək ordu sıralarına qoşulub.

Bir müddət sonra o, Ukrayna hərbçilərinə əsir düşüb. 21 aydan sonra Rəfibəyli Azərbaycana ekstradisiya edilib.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri ilə – ölkə hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməyə görə ittiham irəli sürülüb.

Məhkəmə Rəfibəylini təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.