Bakıda söküntü aparılan ərazidə kişi meyiti aşkar edilib.
Hadisə sentyabrın 13-də saat 17 radələrində Ş.Rəhimov küçəsi 43 ünvanında, “Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.
Sökülmüş binanın qalıqları arasında ilkin baxış zamanı üzərində zorakılıq əlamətləri görünməyən kişi meyiti tapılıb.
Polis əməkdaşlarının araşdırması nəticəsində meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşdirilib. Onun 1968-ci il təvəllüdlü Eyvaz Yusif oğlu Ağayev olduğu məlum olub.
Məlumata görə, həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.