Avstraliyanın şimalında baş verən kütləvi iğtişaşlarda 100-ə yaxın insan iştirak edib. Onlardan bəzilərinin yay, nizə və metal əşyalarla silahlandığı bildirilir.
ABC telekanalı Şimal Ərazisi polisinə istinadən xəbər verir ki, hadisə Darvin şəhərindən təxminən 250 kilometr cənub-qərbdə yerləşən Vadey (Wadeye) yaşayış məntəqəsində baş verib.
Polisin məlumatına görə, qarşıdurma iki ailə qrupu arasında yaranıb. İğtişaşlar zamanı 22 yaşlı kişi üçdişli nizə ilə kürəyindən vurularaq ağır yaralanıb. Qarşıdurma zamanı avtomobillərdən biri də yandırılıb.

Hadisə Vadeydə bir müddətdir davam edən qarşıdurmalar fonunda baş verib. Bundan bir gün əvvəl polis avqustun əvvəlindən qeydə alınan bir sıra toqquşma, yanğın və hücumlarla bağlı aparılan əməliyyat çərçivəsində 13 nəfərin saxlanıldığını bildirib.
Saxlanılan şəxslərə ümumilikdə 50-dən çox ittiham irəli sürülüb.