Geri qayıt Çap et

Gədəbəydə ov tüfəngindən açılan atəş ölümə səbəb oldu

Gədəbəy rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 60 yaşlı kişi həyatını itirib.

Denmedia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində baş verib.

İlkin məlumata əsasən, 1964-cü il təvəllüdlü Azər Quliyev yaşadığı evdə ov silahından açılan atəş nəticəsində aldığı güllə yarasından ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma başlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.