Lənkəranda 3 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsi, bina 6 ünvanında baş verib.
2023-cü il təvəllüdlü A.A. ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Hadisə yerinə Təcili tibbi yardım briqadası çağırılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.