Geri qayıt Çap et

Sabunçu istiqamətində faciə – 1966-cı il təvəllüdlü qadın həyatını itirdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az xəbər verir ki, Elmur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə “Sabunçu bazarı” istiqamətində hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.