ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin Malibudakı evinə naməlum qadının iki dəfə daxil olmağa cəhd etməsindən sonra polis çağırılıb.
New York Post-un məlumatına görə, hadisə Harrisin təxminən 8 milyon dollar dəyərində olan malikanəsində baş verib.

Məlumata əsasən, naməlum qadın əraziyə iki dəfə yaxınlaşıb və mühafizə xidməti onun evə doğru irəliləməsinin qarşısını vaxtında alıb.
Harrisin nümayəndəsi bildirib ki, ilk cəhddən sonra qadının malikanəyə daxil olmasına imkan verilməyib. O, ikinci dəfə əraziyə qayıtdıqda isə mühafizəçilər polis çağırıblar.

Hadisə yerinə gələn polis əməkdaşları qadın barədə protokol tərtib etsələr də, onu saxlamayıblar.
Qadının niyə Harrisə məxsus əraziyə daxil olmağa çalışdığı hələlik məlum deyil.