Geri qayıt Çap et

Məşhur müğənninin təyyarəsi enişdən sonra alovlandı

Braziliyalı məşhur müğənni Rey Vaqueironun və komandasının olduğu “Cessna 550 Bravo” tipli biznes təyyarəsi sərt enişdən sonra alovlanıb.

Hadisə Braziliyanın Rio-Qrande-du-Norti ştatının Parelhas şəhərində baş verib. Təyyarədə iki pilot və altı sərnişin olmaqla ümumilikdə 8 nəfər olub.

Məlumata görə, təyyarə eniş zamanı uçuş-enmə zolağının hüdudlarından çıxıb və bundan sonra mühərrik hissəsində yanğın başlayıb. Müğənni, onun komandası və pilotlar alov təyyarənin gövdəsini tam bürüməzdən əvvəl çölə çıxa biliblər.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Braziliya mediasının məlumatına görə, təyyarədə olanların hamısı sağ-salamat xilas olub. Yanğının söndürülməsi və mühərriklərin soyudulması bir neçə saat davam edib.

Qəzanın dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi hadisə ilə bağlı araşdırma aparır.

Denmedia.az