Bərdə şəhərində 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Denmedia.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində baş verib.
Məlumata əsasən, 2024-cü il təvəllüdlü A.M. (şərti) valideynlərinin nəzarətindən kənarda qalaraq həyətə çıxıb. Azyaşlı həyətdə yerləşən su hovuzuna düşərək boğulub.
Uşağın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.