Geri qayıt Çap et

Krımda dron hücumu azərbaycanlının həyatına son qoydu

Ukraynanın Krıma endirdiyi dron zərbəsi nəticəsində azərbaycanlı sürücünün həlak olduğu bildirilir.

Denmedia.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, söhbət Bolnisinin Arıxlı kənd sakini, 45 yaşlı Mahir Məmmədovdan gedir.

Məlumata görə, Mahir Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dron zərbəsinə məruz qalıb. Zərbədən sonra avtomobildə yanğın baş verib və sürücü həyatını itirib.

Hazırda Mahir Məmmədovun nəşinin doğulduğu Arıxlı kəndinə gətirilməsi istiqamətində işlərin aparıldığı bildirilir.