Geri qayıt Çap et

Yolu keçmək istəyirdi, avtomobil vurdu: Gəncədə ağır qəza

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.