Geri qayıt Çap et

Rusiyada azərbaycanlı bacı-qardaş yol qəzasında həlak olub-FOTO

Rusiyada yaşayan azərbaycanlı bacı-qardaş yol qəzasında həyatını itirib.
Denmedia.az-ın yerli bürosunun xəbərinə görə, hadisə Vladimir şəhərində baş verib.
Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və onun bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı iki yük avtomobilinin arasında qalaraq faciəvi şəkildə dünyasını dəyişiblər.
Bacı-qardaşın nəşi bu gün Azərbaycana gətirilərək doğulduqları kənddə torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.
Əlibala Əsgərov
Denmedia.az