Geri qayıt Çap et

Ucarda Arzu Şirinovun içində olduğu ağır tonnajlı yük avtomobili belə yandı-ANBAAN GÖRÜNTÜ

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

DenazTV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini,1967- ci il təvəllüdlü Arzu Surxay oğlu Şirinovun idarə etdiyi kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürən briqadası tərəfindən yanğın söndürülüb.Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov

Denmedia.az