Geri qayıt Çap et

Sarıcalıda mina partladı: Traktor yararsız hala düşdü

Ağdam rayonunun Sarıcalı kəndində kənd təsərrüfatı işləri zamanı traktor minaya düşüb.

Denmedia.az report-a istinadla xəbər verir ki, partlayış nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəysə də, traktorun sürücüsü xəsarət almayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.