Geri qayıt Çap et

Qubada ağır yol qəzası: Ölən və çoxlu sayda yaralı var...

Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
“Denmedia.az”ın Şimal bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Quba–Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarında yerləşən ağaca çırpılması nəticəsində avtomobildə olan 1 sərnişin hadisə yerində həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Təcili tibbi briqadaların köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva