Geri qayıt Çap et

Salyan–Şirvan yolunda zəncirvari qəza – 5 nəfər yaralandı

Salyan rayonunun Qaraçala qəsəbəsində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az report-a istinadla xəbər verir ki, hadisə sentyabrın 3-də səhər saatlarında Salyan–Şirvan avtomobil yolunun bir hissəsində qeydə alınıb.

Qəza zamanı “Infiniti”, “Mazda”, VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri Nemət İbrahim oğlu İsmayılov, Arastun Ramazan oğlu Əhmədov və daha 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, yaralanan 5 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.