Geri qayıt Çap et

Qəbələyə istirahətə gələn 29 yaşlı qadın hovuzda boğuldu

Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Lamiyə Nazim qızı Əhmədli yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gəlib.

O, qəsəbə ərazisində günlük kirayələdikləri fərdi yaşayış evinin həyətində yerləşən hovuzda çimərkən boğularaq həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Denmedia.az