Geri qayıt Çap et

Almaniyada dəmiryol stansiyasında partlayış – Yaralananlar var

Almaniyanın cənubundakı Auqsburq şəhərində dəmiryol stansiyasında partlayış baş verib. Hadisə nəticəsində azı 2 nəfər yaralanıb.

Almaniya polisinin məlumatına görə, partlayışdan sonra stansiya binası və platformalardan biri bağlanıb.

Digər xətt üzrə isə qatarların hərəkətinin məhdud şəkildə davam etdiyi bildirilib.

Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Denmedia.az