Geri qayıt Çap et

Babək prospektində avtomobil yandı

Paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib.

Bu barədə Denmedia.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.