Geri qayıt Çap et

Gürcüstandan gələn iki yük maşınında 232 min manatlıq mal tapıldı

Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan edilməyən mallar aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Denmedia.az -a verilən məlumata görə, idarənin “Mazımqara” gömrük postunda Gürcüstandan Azərbaycana gələn və qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitələrindən ümumi dəyəri 232 min 185 manat olan linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.

Müəyyən edilib ki, sözügedən malların bir hissəsi gömrük nəzarətinə ümumiyyətlə bəyan edilməyib, digər hissəsi isə düzgün bəyan edilməyib.

Faktla bağlı araşdırma aparılır.