Geri qayıt Çap et

Şabranda "Hyundai" yük maşını ilə toqquşdu, sürücü öldü - FOTO

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Denmedia.az apa-ya istinadla bildirir ki, hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.